Ana Sayfa > Karusel / Hadisə > Mikroavtobus piyadanı vurdu-Goranboyda

Mikroavtobus piyadanı vurdu-Goranboyda


21-03-2017, 12:39. Yazar: Xeberaz
Mikroavtobus piyadanı vurdu-Goranboyda


Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1978-ci il təvəllüdlü Məmmədova Aynurə Camal qızı yolu keçən zaman sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus tərəfindən vurulub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri dön