Ana Sayfa > Karusel / Hadisə > Bakıda evdən 30 minlik qızıl aparıldı

Bakıda evdən 30 minlik qızıl aparıldı


21-03-2017, 12:20. Yazar: Xeberaz
Bakıda evdən 30 minlik qızıl aparıldı


Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

"Xəbəraz.az "-ın Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Geri dön