Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanın məşhur kosası müflis oldu
Azərbaycanın məşhur kosası müflis oldu21-03-2017, 12:10. Yazar: Xeberaz |
Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazının ifaçısı Qafar Novruzlu təəssüratlarını bölüşüb. "Xəbəraz.az " yenicag.az-a istinadən bildirir ki, kefsiz olduğunu deyən Kosa bazarının bağlandığından şikayətlənib. - Mən əsrin kosasıyam, çox bayramlar yola vermişəm. Yaxşı günlərimiz çox olub. Amma indi vəziyyət elə də ürəkaçan deyil. Yalan nə deyim. İldən-ilə Novruz bayramını cılızlaşdırıblar. Camaatda heç bayram əhval-ruhiyyəsi yoxdur, buna görə mənim də əhvalım yüksək deyil. - Niyə, nə olub ki, xurcunu doldurmurlar daha? - Ay rəhmətliyin qızı, camaat özünü güclə dolandırır, kimdir bizə pay verən? Çəkilişlərə gedirəm, studiyada Allahın bir xonçası da yoxdur. - İndiyə qədər xurcununuza qoyulan ən maraqlı hədiyyəniz nə olub? - İki yumurta. - Heç xurcuna pul qoyanlar olur? - Camaat özü pul tapmır, kimdi bizə pul verən? - Bəs nə vaxt xurcuna pul qoyurlar? - Əvvəllər verirdilər, dollar da, manat da. Ən çox qazandığım məbləğ 200 manat olub. Amma indi dolların üzünü televizorda görürük. - Onu kim vermişdi? - O məslək sirridir. - Heç sizi təhqir edənlər olub? - Yox, yalnız meydan oyunlarında bir-birimizlə güləşmişik. Bilirsiniz ki, mən Ulu Öndərin ən sevimli kosası olmuşam. O, mənə dəyər verirdi, onunla yumurta döyüşdürmüşəm. Bir də Prezidentimlə yumurta döyüşdürmüşəm. - Heç rəqibiniz var? - Dərdimi təzələmə, indi bizi sayan yoxdur. Klounlar çörəyimizi əlimizdən alıblar. Bayram günü bizim personajların geyimində olurlar. Qalmışıq ortalıqda, çörək ağacımızı əlimizdən alıblar. - Bəlkə diqqət çəkmək üçün bir qədər müasirləşəsiniz, onda bazarınız da olar? - "Skayp"ım var, arada yazışıram. Amma "Vatsap"dan-zaddan başım çıxmır, mən qədimdənqalma kosayam. Geri dön |