Ana Sayfa > Karusel / Gündəm > Bu günə olan HAVA PROQNOZU

Bu günə olan HAVA PROQNOZU


21-03-2017, 11:12. Yazar: Xeberaz
Bu günə olan HAVA PROQNOZU


Bayram günlərində Azərbaycanda hava şəraiti kəskin dəyişib.

"Xəbəraz.az " Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün ölkə ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeronda gecə 3-5, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Nazirlik qeyd edir ki, martın 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.


Geri dön