Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı - VİDEO

Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı - VİDEO


20-03-2017, 21:54. Yazar: Xeberaz

Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı  - VİDEO


20:55

Cənubi Sudanda qəzaya uğrayan təyyarədə olanların hamısı sağ qalıb.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Təyyarənin "South Supreme Airlines" aviaşirkətinə məxsus olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

----------

18:47

Cənubi Sudanda göyərtəsində 44 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, təyyarə Vau şəhərinin aeroportunda yerə çırpılıb. Təyyarədə olan bütün sərnişinlər hamısının öldüyü ehtimal olunur.

--------

18:23

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə "Airlive" portalı məlumat yayıb.

Təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Qəza ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.


Geri dön