Ana Sayfa > Karusel / İdman / Foto-fakt > "Barcelona"ya məğlubiyyət sadəcə bədbəxt hadisə idi"

"Barcelona"ya məğlubiyyət sadəcə bədbəxt hadisə idi"


20-03-2017, 15:57. Yazar: Xeberaz
"Barcelona"ya məğlubiyyət sadəcə bədbəxt hadisə idi"
PSG Fransa Liqasının 30-cu turunda "Lyon"u məğlub etməklə (2:1) çempionluq mübarizəsinin davam etdirir.

"Xəbəraz.az " goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Paris klubunun baş məşqçisi Unay Emeri bunları deyib:

"Monaco"nu gözdən qoymaq olmaz. Bu baxımdan vacib qələbə qazandıq. Biz 3 cəbhədə mübarizəni davam etdiririk. Çempionat, Fransa Liqa Kuboku və ölkə kuboku. Qış fasiləsindən sonra keçirdiyimiz 19 oyunu götürsək, 16 dəfə qalib gəlib 2 dəfə heç-heçə oynamışıq. Yeganə məğlubiyyətimiz "Barcelona" ilə oyunda olub. Bu yenilgini bizə bütün mövsüm ərzində xatırladacaqlar. Amma sübut etdik ki, həmin məğlubiyyət sadəcə bədbəxt hadisə idi. PSG-nin durumu yerindədir".
Geri dön