Ana Sayfa > Karusel / Gündəm / İbadət > Novruz bayramının əməlləri

Novruz bayramının əməlləri


20-03-2017, 13:51. Yazar: Xeberaz
Novruz bayramının əməlləri

İmam Sadiq (ə) buyurur: “Novruz - elə bir gündür ki, Allah bəndələrindən əhd almışdır ki, ancaq tək olan Allaha pərəstiş edəcəklər. Ona şərik qoşmayacaqlar, rəsullara, İlahi hüccətlərə, İmamlara (ə) iman gətirəcəklər. Bu, o gündür ki, Nuhun (ə) gəmisi Cudi dağında oturmuşdu”. (Tebyan)
Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Növruz - o gündür ki, İbrahim Xəlil (ə) bayram keçirmək üçün şəhərdən çıxmış millətin bütlərini sındırmışdı”.
Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, Novruz, İslam dinindən əvvəl də möhtərəm və ehtiram olunası bir gün olmuşdur. İslam dini gələndən sonra isə şöhrəti daha da artdı. Bu bayramın əməlləri İslam dininin təlimləri ilə ziddiyyət təşkil etmədiyindən, Məsumlar (ə) tərəfindən bəyənilmiş və qəbul edilmişdir.

Dəyərli oxucularımıza bu bayramın əməllərini təqdim edirik. Novruz bayramının əməllərini İmam Sadiq (ə) Muəlla ibn Xənisə öyrətmişdir. Biz də İmam Sadiqin (ə) bu çatdırışını oxucularımızın diqqətinə çatdırırıq. Bu əmməllər aşağıdakılardan ibarətdir:

1. Qusl etmək.

2. Ən təmiz paltarı geyinmək.

3. Ən gözəl ətirlərlə ətirlənmək.

4. Oruc tutmaq.

5. Bu günün namazını qılmaq.

(Deyerler.org)
Geri dön