Ana Sayfa > Karusel / Hadisə / Dünya > Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binasına ziyan dəyib

Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binasına ziyan dəyib


20-03-2017, 13:30. Yazar: Xeberaz
Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binasına ziyan dəyib

Bu gün Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binalarından birinə ziyan dəyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Suriyadakı səfiri Aleksandr Kinşak bildirib

Binanın pəncərəsinin şüşəsi sınıb. A. Kinşak səfirliyin həmin binasının əvvəllər istifadə edildiyini bildirib. Həmin binada konsulluq şöbəsi yerləşib. Ancaq sonradan yaxınlıqdakı yaşayış məhəlləsi silahlı birləşmələrin nəzarətinə keçdikdən sonra təhlükəsizliklə əlaqədar binanın istifadəsi dayandırılıb. Binada yalnız yerli mühafizəçi olub.
Geri dön