Ana Sayfa > Karusel / Dünya / Foto-fakt / İbadət > Arizonada məscidə girən naməlum şəxs İslamın müqəddəs kitabını cırıb
Arizonada məscidə girən naməlum şəxs İslamın müqəddəs kitabını cırıb19-03-2017, 13:02. Yazar: Xeberaz |
İslam mərkəzi kitabları cıran şəxsin təhlükəsizlik kamerası tərəfindən çəkilən şəkilini də paylaşıb Takson İslam mərkəzində naməlum şəxs 130 müqəddəs Qurani Kərim kitabını cırıb. Bu barədə mərkəzin “Facebook” səhifəsində məlumat verilib. Mərkəzin yayımladığı şəkillərdə kitabın vərəqlərinin yerə töküldüyü görünür. İslam mərkəzi kitabları cıran şəxsin təhlükəsizlik kamerası tərəfindən çəkilən şəkilini də paylaşıb və hadisədən məyus olduqlarını qeyd ediblər. “Takson İslam mərkəzi 1980-ci illərin sonundan etibarən Takson ictimaiyyətinin bir hissəsidir və o zamandan Takson ictimaiyyəti qayğıkeş, qonaqpərvər və dəstəkləyicidir”, - mərkəzin sosial şəbəkədəki səhifəsində yazılıb. Takson polis departamenti bunun nifrət cinayəti olduğu ilə bağlı heç bir əlamətin olmadığını qeyd edib. Bu Taksonda məscidə edilən ilk belə hecumdur. Lakin buna baxmayaraq, istər ABŞ-da, istərsə də digər ölkələrdə bu cür hücumlar qeydə alınıb. Geri dön |