Ana Sayfa > Karusel / İdman > Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı


17-03-2017, 20:41. Yazar: Xeberaz
Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu həftə keçirilən oyunların ən yaxşı futbolçusu müəyyənləşib.Məlumata görə, bu ada “Lester”in qapıçısı Kasper Şmeyxel layiq görülüb.

Ali futbol qurumunun azarkeşlərlə apardığı sorğunun nəticəsinə görə, “Sevilya” ilə cavab qarşılaşmasında penalti dəf edən danimarkalı qolkiper respondentlərin 36% səsini toplayıb. Onu müvafiq olaraq “Atletiko”lu həmkarı Yan Oblak (31%), “Monako”nun hücumçusu Kilian Mbappe (18%) və “Yuventus”un ön xətt oyunçusu Paulo Dibala (16%) izləyiblər.

Qeyd edək ki, “Sevilya”nı mübarizədən kənarlaşdıran “Lester” 1/4 final mərhələsində “Atletiko”ya rəqib olub.
Geri dön