Ana Sayfa > Karusel / İdman > “Real” və “Bavariya” 23-cü dəfə...

“Real” və “Bavariya” 23-cü dəfə...


17-03-2017, 17:45. Yazar: Xeberaz
“Real” və “Bavariya” 23-cü dəfə...

Çempionlar Liqasının əsas favoritləri “Bavariya” və “Real” 1/4 final mərhələsində üz-üzə gələcəklər. Apasport.az saytının məlumatına görə, dünya nəhəngləri ilk dəfə deyil ki, bu turnirdə bir-birilərinə rəqib olurlar.

Belə ki, adıçəkilən komandalar indiyə qədər 22 dəfə qarşılaşıblar. Bunun 10-da tərəflər pley-off mərhələlərində münasibətlərinə aydınlıq gətiriblər. Maraqlıdı ki, həm “Bavariya”, həm də “Real” 5 dəfə rəqibini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, ¼ final mərhələsinin oyunları aprelin 12-13-də, cavab qarşılaşmaları isə 18-19-da keçiriləcək.
Geri dön