Ana Sayfa > Karusel / Hadisə > Bakıda meyiti tapılan məktəblinin atası danışdı - TOĞRULUN MÜƏMMALI ÖLÜMÜ

Bakıda meyiti tapılan məktəblinin atası danışdı - TOĞRULUN MÜƏMMALI ÖLÜMÜ


17-03-2017, 15:02. Yazar: Xeberaz
Bakıda meyiti tapılan məktəblinin atası danışdı - TOĞRULUN MÜƏMMALI ÖLÜMÜ

Bakıda meyiti tapılan məktəblinin hansı şəraitdə öldüyü hələ də məlum deyil. Martın 15-də Qızıldaş qəsəbəsində naməlum şəraitdə itkin düşən və bir neçə saat sonra meyiti yaşadığı evdən 250-300 metr aralıdakı sahədən tapılan 2004-cü il təvəllüdlü Sultanov Toğrul Zaur oğlunun niyə öldüyü, hansı səbəbdən evi tərk etdiyi hələlik üzə çıxmayıb.

Orta məktəb şagirdi olan və 13 yaşı apreldə tamam olacaq Toğrulun atası Zaur Sultanov bildirib ki, onların heç kimlə düşmənçiliyi olmayıb: “Hadisə vaxtı anası evdə olmayıb. Qardaşı dərsdən gələndən sonra təxminən saat 2 radələrində görüb Toğrul evdə yoxdu. Hamı axtarmağa başlayıb”.

Z.Sultanov əlavə edib ki, oğlunun meyitini evin yaxınlığındakı palçıqlıq ərazidən tapıblar: “Deyirlər ki, guya boğulub. Necə ola bilər ki, boyu 1,6-1,7 metr olan şəxs palçıqlıq bir yerdə boğulsun”.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.



*****


16 mart


İtkin düşən məktəblinin meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub.

Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.

Hadisənin qətl, yaxud intihar olduğu araşdırılır.

Polisdən T. Sultanovun orta məktəb şagirdi olduğu bildirilir.


Geri dön