Ana Sayfa > Karusel / Hadisə > Bakıda ona qarşı cinayət törətmiş şəxsi özü yaxaladı – 1 AY SONRA

Bakıda ona qarşı cinayət törətmiş şəxsi özü yaxaladı – 1 AY SONRA


17-03-2017, 14:04. Yazar: Xeberaz

Bakıda ona qarşı cinayət törətmiş şəxsi özü yaxaladı – 1 AY SONRA

Fevralın 15-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Taleh Hümbətəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs onu bıçaqla hədələyərək 51 manat pulunu alıb. Martın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində T.Hümbətəliyev həmin şəxsi görüb və saxlayaraq polis əməkdaşlarına təhvil verib.
Araşdırmalar zamanı həmin şəxsin Gəncə şəhər sakini Həsən Novruzov olması müəyyən edilib.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


Geri dön