Ana Sayfa > Karusel / Maraqlı > Gicitkənin saymaqla bitməyən faydaları

Gicitkənin saymaqla bitməyən faydaları


17-03-2017, 12:22. Yazar: Xeberaz

Gicitkənin saymaqla bitməyən faydaları


Gicitkən bitkisnin faydalarını təqdim edirik:

1. Bitkinin həm təzə, həm də qurudulmuş yarpaqları güclü qankəsici təsirə malikdir, yarpaqlarının ödqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var.

2. Gicitkən yarpağı qanda şəkərin miqdarını azaldır və südverən analarda süd ifrazatını artırır.

3. Gicitkən köklərinin dəmləmə və bişirməsi böyrək və mədə xəstəliklərində, ishallar, dezinteriya, qurd xəstəlikləri, furunkulyoz, revmatizm, bronxial astma, ağciyər vərəmi zamanı bəlğəmgətirici, qızdırmasalıcı vasitə kimi və saçların dibini bərkitmək üçün istifadə olunur.

4. Yarpaqların dəmləməsi bağırsaq, böyrək, ağciyər, uşaqlıq və digər qanaxmalarda, həmçinin yuxusuzluq zamanı tətbiq edilir.

İstifadə qaydası:

20 qram gicitkən üzərinə 1 stəkan şərbət əlavə edilərək 15 dəqiqə qaynadılır, öd daşı və böyrək daşı xəstəliklərində gündə 3-4 dəfə 1 xörək qaşığı, daxili qanaxmalar zamanı gündə 4-5 dəfə 1 çay qaşığı qəbul edilir.

Qeyd edək ki, hipertoniya və aterosklerozdan əziyyət çəkənlərin, qlomerulonefrit kimi böyrək xəstəliyi və qanın laxtalanması yüksək olanların gicitkəndən istifadə etməsinə icazə verilmir.(axşam.az)




Geri dön