Ana Sayfa > Karusel / Hadisə > Zaqatalada qadın özünü bıçaqladı

Zaqatalada qadın özünü bıçaqladı


16-03-2017, 22:26. Yazar: Xeberaz
Zaqatalada qadın özünü bıçaqladı

Zaqatalada 57 yaşlı qadın intihara cəhd edib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Əliabad qəsəbə sakini, 1960-cı il təvəllüdlü Sənəm İsrafil qızı Əliyeva qarın boşluğunun kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, son zamanlar əsəb xəstəliyindən əziyyət çəkən 57 yaşlı S. Əliyeva intihar etmək məqsədi ilə kəsici alətə özünə xəsarət yetirib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön