Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xəzərdə daha bir neftçinin cəsədi tapıldı

Xəzərdə daha bir neftçinin cəsədi tapıldı


15-03-2017, 14:49. Yazar: Xeberaz
Xəzərdə daha bir neftçinin cəsədi tapıldı


Martın 13-də dənizdə meyiti tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib.

"Xəbəraz.az " xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğu ehtimal edilir.

Genetik ekspertizanın nəticələri açıqlanmasa da, R. Abbasovun yaxınları onu bədənindəki işarədən tanıyıb.


Geri dön