Ana Sayfa > Karusel / Hadisə > Ölən qadını inək yox, öz oğlu vurubmuş-Ağdamda

Ölən qadını inək yox, öz oğlu vurubmuş-Ağdamda


15-03-2017, 13:09. Yazar: Xeberaz
Ölən qadını inək yox, öz oğlu vurubmuş-Ağdamda



Xəbər verdiyimiz kimi, martın 14-də Ağdam rayonunda 56 yaşlı qadını inəyin vuraraq öldürməsi barədə məlumat yayılmışdı.

Bu gün Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Rəsmi məlumatda qadını inəyin yox, onun öz oğlunun vurduğu bəlli olub.

Belə ki, həmin gün saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.
Geri dön