Ana Sayfa > Karusel / Gündəm > Sabah Azərbaycanda 17 dərəcə temperatur olacaq

Sabah Azərbaycanda 17 dərəcə temperatur olacaq


14-03-2017, 14:30. Yazar: Xeberaz
Sabah Azərbaycanda 17 dərəcə temperatur olacaq

Martın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, bəzi yerlərdə arabir duman olacaq, şimal-qərb küləyi ilə gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq.

Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Geri dön