Ana Sayfa > Karusel / Gündəm / Təhsil > DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb


14-03-2017, 13:53. Yazar: Xeberaz
DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 12-də respublikanın ilk peşə ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. DİM-dən APA-ya verilən məlumata görə, nəticələr martın 14-ü saat 13.00-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.


Geri dön