Ana Sayfa > Karusel / Hadisə > 11 yaşlı məktəbli aldığı xəsarətdən öldü-Ağsuda

11 yaşlı məktəbli aldığı xəsarətdən öldü-Ağsuda


14-03-2017, 13:34. Yazar: Xeberaz
11 yaşlı məktəbli aldığı xəsarətdən öldü-Ağsuda

Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb və xəsarət alıb.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön