Ana Sayfa > Karusel / Hadisə > Bakıda yoxa çıxan məktəbli qız tapıldı

Bakıda yoxa çıxan məktəbli qız tapıldı


14-03-2017, 11:54. Yazar: Xeberaz
Bakıda yoxa çıxan məktəbli qız tapıldı

Dünən Bakının Nərimanov rayonu ərazisində itkin düşən 18 yaşlı qız tapılıb. 11-ci sinif şagirdi olan N.K-nın oxuduğu 202 saylı orta məktəbin direktoru Qasım Qasımov bildirib ki, dünən evə gec gedən məktəblinin anası təşvişə düşərək polisə müraciət edib: "Həmin qızın qardaşı qızılca olub, ona görə də bu gün məktəbə gəlməyib. Mən əlaqə saxlayıb maraqlandım, uşaq hazırda evlərindədir".


*****


10:30


Bakıda məktəbli itkin düşüb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.


Geri dön