Ana Sayfa > Karusel / Şou-Biznes > "Bu şəhərdə"də komandası əsəbiləşdi: "Şərəfsiz, ləyaqətsizlər..."

"Bu şəhərdə"də komandası əsəbiləşdi: "Şərəfsiz, ləyaqətsizlər..."


14-03-2017, 11:46. Yazar: Xeberaz
"Bu şəhərdə"də komandası əsəbiləşdi: "Şərəfsiz, ləyaqətsizlər..."



“Bu şəhərdə” nin beş günlük konserti başa çatıb. Komandanın ssenaristi Müşviq Abbasov konsertin yekunu ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, bəziləri onlardan dəvətnaməni alıb pulla başqalarına satıb: “Mart konsertimizdə bileti pulnan alıb və ya dəvətnamə ilə gələn tamaşaçılarımız var olsun. Amma yalvara-yalvara, alçala-alçala, xahişlə dəvətnamə alıb, sonra onu bayırda ucuz qiymətə satmaq istəyən alçaq, şərəfsiz, ləyaqətsizlərə yazıram: siz alçaq, şərəfsiz və ləyaqətsizsiniz. Ön sıralarda dəvətnamə ilə gəlib əyləşən, konsertin axırına qədər yerindən durmadan, telefonla danışmadan, pərdə bağlanana qədər oturan, konsert bitdikdən sonra bizə təbrik və təriflə birlikdə nöqsanımızı deyən şou-biznes əhlinə, dostlarımıza təşəkkür edirik. Biz hər şeyi görüb və yadımızda saxlayırıq”.


Geri dön