Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq

Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq


14-03-2017, 11:44. Yazar: Xeberaz
Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq


Azərbaycan pasportu 2017-ci ildə daha çox ölkəyə vizasız getməyə imkan verəcək.

"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, bu barədə "Henley & Partners" şirkətinin "İllik viza məhdudiyyəti indeks"ində (Visa Restrictions Index) deyilir.

Qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan vətəndaşlarının digər ölkələrə vizasız gediş üçün daha çox imkanı olub. Azərbaycan indeksdə 74-cü yerə yüksəlib. Bundan əvvəlki göstərici 75 idi.

Ümumilikdə, Azərbaycan pasportu ilə vizasız səfərlərlə bağlı irəliləyiş var (2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə).

Azərbaycanın qonşu ölkələri reytinqdə aşağıdakı mövqelərdə qərarlaşıblar:

- Rusiya - 51, Тürkiyə - 52, Gürcüstan - 68, Qazaxıstan - 71-ci yer.

Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. İkinci yerdə İsveç qərarlaşıb, 3-cü yeri isə 5 ölkə bölüşür - Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka.

İndeksdə son yerləri Pakistan, İraq və Əfqanıstan tutur.


Geri dön