Ana Sayfa > Karusel / Siyasət / Dünya > Azərbaycan oradakı seçkilərin nəticələrini tanımadı - NAZİRLİKDƏN BƏYANAT

Azərbaycan oradakı seçkilərin nəticələrini tanımadı - NAZİRLİKDƏN BƏYANAT


13-03-2017, 21:21. Yazar: Xeberaz
Azərbaycan oradakı seçkilərin nəticələrini tanımadı - NAZİRLİKDƏN BƏYANAT

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır:

“Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir”.
Geri dön