Ana Sayfa > Karusel / Şou-Biznes > "Mənə "sənətkar" deyin" - Nadir Qafarzadə

"Mənə "sənətkar" deyin" - Nadir Qafarzadə


13-03-2017, 18:16. Yazar: Xeberaz
"Mənə "sənətkar" deyin" - Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə özünü “sənətkar” adlandırıb.
Məlumatına görə, ifaçı “ATV maqazin onlarla" verilişində həmkarlarına səslənib.

O bildirib ki, onu “sənətçi" deyərək, təqdim etməsinlər:

“Nəriman Həsənzadə məni “sənətkar” adlandırıb. "Sənətçi" cılız səslənir. “Sənətkar” isə sanballı ifadədir. Gəlin elə bir-birimizi “sənətkar" deyə çağıraq. Sənət dostlarım efirdə heç vaxt mənim adımı çəkmirlər. Yaddan çıxmışam, qocalmışam. Amma mən həmişə onların adını çəkirəm".
Geri dön