Ana Sayfa > Karusel / Maraqlı > "Mənə söyüş söydürəcəksiniz" – Arda Turan

"Mənə söyüş söydürəcəksiniz" – Arda Turan


13-03-2017, 18:01. Yazar: Xeberaz
"Mənə söyüş söydürəcəksiniz" – Arda Turan

“Barselona”nın futbolçusu Arda Turanın mülk və əmlakları son vaxtlar Türkiyədə geniş müzakirə olunur.

Məlumata görə, 30 yaşlı yarımmüdafiəçi "instaqram" hesabında bu söz-söhbətlərə sərt reaksiya verib:

“Həmin mülklərin sənədlərini göndərin, bizim də xəbərimiz olsun. Hörmətsizlik etmək lazım deyil. Xahiş edirəm, ədəbli olun. Mənə söyüş söydürəcəksiniz”.

Qeyd edək ki, 2 gün əvvəl Türkiyənin "Hürriyyət" qəzeti Arda Turanın mənzil və villalarının olduğu iddia edilən siyahı paylaşıb. Bu mülklərin ümumi dəyəri milyonlarla dolllar təşkil edib.
Geri dön