Ana Sayfa > Karusel / Gündəm > Sabahın HAVAsı
Sabahın HAVAsı13-03-2017, 13:24. Yazar: Xeberaz |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Martın 14-də hava şəraitinin əksər rayonlarında, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Geri dön |