Ana Sayfa > Karusel / Gündəm / M2 > Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti

Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti


13-03-2017, 10:45. Yazar: Xeberaz
Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti



Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydaları diqqətə çatdırılıb.

Həmin təhlükəsizlik qaydaları aşağıdakılardır:

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təhlükə zamanı 112-yə zəng edin!

Geri dön