Ana Sayfa > Karusel / İdman > "Barselona" - PSG matçının yenidən keçirilməsi üçün imza toplanır

"Barselona" - PSG matçının yenidən keçirilməsi üçün imza toplanır


12-03-2017, 22:17. Yazar: Xeberaz
"Barselona" - PSG matçının yenidən keçirilməsi üçün imza toplanır

"Barselona" və PSG arasında Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan cavab qarşılaşmasının yenidən keçirilməsi üçün petisiya yaradılıb.

"Xəbəraz.az "Goal.az istinadən xəbər verir ki, cavab qarşılaşmasının "Camp Nou"da yenidən keçirilməsinə 95 min nəfər imza atıb. Bunu imzalayanların sayı 150 mini keçməlidir. Petisiyanın müəllifi Luis Melendo Olmedo hesab edir ki, oyunun baş hakimi Deniz Aytekin mübahisəli qərarları ilə katalonların lazımi nəticə qazanmasında mühüm rol oynayıb. Əsas səhvlər kimi Xavyer Maskeranonun Di Mariaya qarşı cərimə meydançasının daxilində kobudluğu və Luis Suarezin nümayişkəranə tərzdə yıxılmasına penalti təyin olunması qeyd olunur.
Geri dön