Ana Sayfa > Karusel / İdman > 50 yaşlı futbolçu komandasına qələbə qazandırdı - VİDEO

50 yaşlı futbolçu komandasına qələbə qazandırdı - VİDEO


12-03-2017, 19:11. Yazar: Xeberaz
50 yaşlı futbolçu komandasına qələbə qazandırdı - VİDEO

Yaponiya ikinci divizionunda mübarizə aparan “Yokoqami” “Kusatsu” ilə qarşılaşıb. Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlıdı ki, “Yokoqami”nin yeganə qoluna 50 yaşlı futbolçu Katsuyosi Miura imza atıb. O, hazırda dünyanın ən yaşlı futbolçusu hesab olunur.

Karyerasına 1986-cı ildə Braziliyada, “Santos” klubunda başlayan futbolçu Avropada isə “Cenoa” və Zaqreb “Dinamo”sunda oynamış Miuri fevralın 26-da 50 yaşını tamam edib.


Geri dön