Ana Sayfa > Karusel / İdman > Ronaldo əkiz atası olur

Ronaldo əkiz atası olur


12-03-2017, 13:56. Yazar: Xeberaz
Ronaldo əkiz atası olur

“Real”ın hücumçusu Kriştiano Ronaldo ikinci dəfə ata olacaq.

"Xəbəraz.az "ın “Sun” qəzetinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı ABŞ-da yaşayan surroqat-anadan iki oğul əkiz uşağının doğulmasını gözləyir.

Adı açıqlanmayan qadının hamiləliyinin son aylarını yaşadığı bildirilir. Uşaqlar doğulduqdan sonra Ronaldo onları ABŞ-dan Madriddəki evinə gətirəcək.

Xatırladaq ki, Ronaldonun ilk oğlu olan kiçik Kriştianonu da 2010-cu ildə dünyaya surroqat-ana gətirib.
Geri dön