Ana Sayfa > Karusel / Hadisə > Bakıda avtobusu qaçıran şəxs qəza törətdi

Bakıda avtobusu qaçıran şəxs qəza törətdi


11-03-2017, 16:05. Yazar: Xeberaz
Bakıda avtobusu qaçıran şəxs qəza törətdi


Qaçırdığı avtomobillə qəza törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.

"Xəbəraz.az "xəbər verir ki, martın 10-da Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daevoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.
Geri dön