Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Foto-fakt > Bakıda vağzalda yatmaq da pulla olacaq - Foto

Bakıda vağzalda yatmaq da pulla olacaq - Foto


11-03-2017, 15:55. Yazar: Xeberaz

Bakıda vağzalda yatmaq da pulla olacaq - Foto

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün “Sleepbox” quraşdırılıb.

"Xəbəraz.az "-ın Azvision.az-a istinadən verdiyi məlumata görə, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub.

Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər.

“Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Hələlik “Sleepbox”dan istifadənin qiyməti müəyyən edilməyib.

Bakıda vağzalda yatmaq da pulla olacaq - Foto
Bakıda vağzalda yatmaq da pulla olacaq - Foto
Geri dön