Ana Sayfa > Karusel / Hadisə / M2 > İsmayıllıda dəhşət: taksi sürücüsü həmkarını baltaladı

İsmayıllıda dəhşət: taksi sürücüsü həmkarını baltaladı


11-03-2017, 10:26. Yazar: Xeberaz
İsmayıllıda dəhşət: taksi sürücüsü həmkarını baltaladı
İsmayıllı rayonunda taksi sürücüləri arasında baş verən dava zamanı qan tökülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhərindəki mərkəzi bazarın qarşısında 10-UK-483 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, rayonda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Nəsirov Xəyalət Allahverdi oğlu və həmkarı, “VAZ 21099” markalı minik avtomobilinin sürücüsü, 1964-cü il təvəllüdlü Nəcəfov Ramil Əliabbas oğlu arasında müştəriyə görə mübahisə yaranıb. Onlar bir-birlərini təhqir edib. Bu zaman R. Nəcəfov avtomobilindən baltanı götürərək X. Nəsirovun başına zərbə endirib. X. Nəsirov ağır kəllə beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Advertising Loading...

Geri dön