Ana Sayfa > Karusel / İdman > Serxi Roberto zəlzələyə səbəb olub

Serxi Roberto zəlzələyə səbəb olub


10-03-2017, 20:20. Yazar: Xeberaz
Serxi Roberto zəlzələyə səbəb olub

“Barselona”nın Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə görüşdə vurduğu 6-cı qol təkcə Kataloniya klubunun mərhələ adlaması ilə yadda qalmayıb. Məlumatına görə, Serxi Robertonun son saniyələrdə vurduğu qol həm də zəlzələyə səbəb olub.

İspaniya Seysmoloji Xidmət Mərkəzi 96 min azarkeşin stadionda canlı izlədiyi görüşdə həlledici qoldan sonra kiçik zəlzələ baş verdiyini açıqlayıb. Seysmoloq Xordi Diaz bunun “Nou Kamp” stadionunun yerləşdiyi ərazidə yaşandığını söyləyib: “2-ci və 3-cü qoldan sonra da əsmələr olmuşdu. Amma görüşün sonuna doğru vəziyyət dəyişdi. 6-cı qoldan dərhal sonra həmin ərazidə günün ən böyük zəlzələsi baş verdi. Bu cür əsmələr insanlar tərəfindən hiss olunmasa da, zəlzələ kimi qəbul edilir”.

Qeyd edək ki, ilk oyunda PSJ-yə 0:4 hesabı ilə məğlub olan “Barselona” cavab qarşılaşmasında bunun əvəzini artıqlaması ilə (6:1) çıxaraq ÇL-də 1/4 finala adlayıb.
Geri dön