Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın xaricə bu qədər borcu var...

Azərbaycanın xaricə bu qədər borcu var...


10-03-2017, 18:53. Yazar: Xeberaz
Azərbaycanın xaricə bu qədər borcu var...
Yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları (12,241.3 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil edib.

"Qafqazinfo" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.


Geri dön