Ana Sayfa > Karusel / Hadisə / Maraqlı > Müşfiqin Dilbərinin imzası ilə kitab tapıldı - Foto

Müşfiqin Dilbərinin imzası ilə kitab tapıldı - Foto


10-03-2017, 18:19. Yazar: Xeberaz
Müşfiqin Dilbərinin imzası ilə kitab tapıldı - Foto
Krımda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin öz imzası ilə bağışladığı kitab tapılıb.

Bu barədə APA-ya Krımın Azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

O bildirib ki, "M. Müşfiq. Yaradıcılığı. Şeirlər" adlı kitab Krım kitabxanasında “Azərbaycan guşəsi”nin yaradılması üçün ədəbiyyat toplanan zaman aşkar olunub: “Kitabı mənə icmanın fəal üzvlərindən biri verib. Kitabda Mikayıl Müşfiqin dördlük şeirləri toplanıb. Tarix 1968-ci il göstərilib. Görünür, kitab qohumu Gülsüm xanıma bağışlanılıb”.

R. Hümbətov bildirib ki, kitabı Azərbaycanda kitabxanalardan birinə, yaxud muzeyə bağışlayacaqlar.

Müşfiqin Dilbərinin imzası ilə kitab tapıldı - Foto
Müşfiqin Dilbərinin imzası ilə kitab tapıldı - Foto
Müşfiqin Dilbərinin imzası ilə kitab tapıldı - Foto
Geri dön