Ana Sayfa > Karusel / M2 > "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir.10-03-2017, 15:36. Yazar: Xeberaz |
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir. Vakansiya üzrə tələblər aşağıdakılardan ibarətdir: - Əsas tələb: Qülləli kranı idarə etmə hüququnu təsdiq edən sənəd - İş stajı: 3 ildən yuxarı - Yaş: 25-45 - Hərbi mükəlləfiyyətli Namizəd vəzifə üzrə bunları bilməlidir: - Təyin edilmiş peşə təlimatına əsasən qülləli kranların təhlükəsiz istismar edilməsini; - Kranların quruluşu və təhlükəsiz istismar qaydalarını, kran maşinistinin təlimatını və ilməkçilərin təlimatını; - İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamağı, kranın əsas hissələrini vizual baxışdan keçirməyi, istiqamətləndirici və yük qaldırıcı kanatların vəziyyətini yoxlamağı; - İlməkçi və ya işarəçi tərəfindən verilən işarəyə əsasən yüklərin qaldırılmasını, endirilməsini; - Elektrotexnika və çilingər işini. İş rejimi saat 08:00-dan 17:00-dək olacaq. Maraqlanan şəxslər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qülləli kran maşinisti" peşəsininin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix martın 31-dir. Geri dön |