Ana Sayfa > Karusel / Hadisə / Dünya > İstanbulda qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - Video

İstanbulda qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - Video


10-03-2017, 15:15. Yazar: Xeberaz
İstanbulda qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - Video

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.

13.24
İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus helikopterdə 4 Rusiya vətəndaşı olub.

APA-nın xəbərinə görə bu barədə Türkiyənin NTV telekanalı şirkətə istinadən məlumat yayıb.

Ümumilikdə helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və “Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub.

saat 13.17

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğraya helikopter “Eczacıbaşı” Şirkətlər Qrupuna məxsus olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə şirkət məlumat yayıb.

Helikopterdə 2-si pilot olmaqla, 7 nəfər olub.

Helikopterdə şirkətdə yüksək vəzifə tutan şəxslərin və xarici qonaqların olduğu da bildirilir.

Qəzaya dumanın səbəb olduğu bildirilir.

saat 12.57

İstanbulun Beylikdüzü rayonunda helikopterin qülləyə çırpılması nəticəsində 5 nəfər ölüb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin olduğunu bildirib.

H. Akgün yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.

12.42

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbulun Bəylikdüzü rayonunda yanğınsöndürmə helikopteri qülləyə çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib.


Geri dön