Ana Sayfa > Karusel / İdman > Azarkeşlər futbolçuların avtomobillərini aşırdı - Foto

Azarkeşlər futbolçuların avtomobillərini aşırdı - Foto


10-03-2017, 14:25. Yazar: Xeberaz
Azarkeşlər futbolçuların avtomobillərini aşırdı - Foto

“Barselona”dan aldıqları 1:6 hesablı məğlubiyyət və bununla da Çempionlar Liqasıyla vidalaşmadan sonra Fransa PSJ-sinin futbolçuları fanatları tərəfdən ciddi təzyiqlərə məruz qalıblar. Evə qayıdan futbolçular “Le-Burje” Hava Limanında təhqirlərlə dolu şüarlarla üzləşib.

Azarkeşlər hirsini yalnız söyüşlərlə soyutmayıb, onlar futbolçuların avtomobillərinə də nəzərəçarpacaq xəsarət yetiriblər. PSJ rəhbərliyi məsələylə bağlı bəyanat yayıb.

“Barselonadan qayıtdıqdan sonra, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, futbolçularımız bir neçə insan tərəfindən hədələnib. Bir neçə avtomobilə xəsarət yetirilib. Futbolçular evlərinə sağ-salamat çatmaq üçün polis mühafizəsinə ehtiyac duyulub” - klubun rəsmi saytında deyilir.

Qeyd edək ki, əvvəlcə PSJ-nin futbolçusu Tyaqo Mottanın avtomobillə azarkeşlərdən birini vurduğu deyilirdi.
Geri dön