Ana Sayfa > Karusel / Siyasət / Hadisə > Azərbaycanlı siyasətçi MHP-dən qovuldu

Azərbaycanlı siyasətçi MHP-dən qovuldu


10-03-2017, 14:19. Yazar: Xeberaz
Azərbaycanlı siyasətçi MHP-dən qovuldu

Türkiyə Milliyətçi Hərəkat Partiyası 4 üzvünü partiyadan kənarlaşdırıb.

Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı MHP Mətbuat Xidməti yayıb. Partiyadan millət vəkilləri İsmayıl Ox, Yusif Halaçoğlu, Nuri Okutan uzaqlaşdırılıb. MHP-dən qovulanlar sırasında əslən azərbaycanlı olan eks-deputat Sinan Oğan da yer alıb.

Qeyd edək ki, Oğan 2015-ci ildə partiyadan uzaqlaşdırılsa da, sonradan məhkəmənin qərarı ilə yenidən üzvlüyü bərpa edilib. O, MHP-nin hazırkı rəhbəri Dövlət Baxçalının əsas əleyhdarı hesab edilir.
Geri dön