Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Heç kimə “uçeniya” keçmə!” - Spikerlə deputat yenə “toqquşdu”
“Heç kimə “uçeniya” keçmə!” - Spikerlə deputat yenə “toqquşdu”10-03-2017, 14:05. Yazar: Xeberaz |
Millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov növbəti dəfə “qarşı-qarşıya” gəlib. Məlumata görə, belə ki, parlamentin növbəti plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib. “Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”- deyə, o, irad bildirib. Bu isə spikerin təpkisinə səbəb olub. Əsədov “Ay Zahid, heç kimə “uçeniya” keçmə! 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et... Heç kim sənə mane olmur” - deyə, bildirib. Geri dön |