Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Yaralılar həmin anı belə xatırlayır - “Nəfəsim kəsildi...” + Video

Yaralılar həmin anı belə xatırlayır - “Nəfəsim kəsildi...” + Video


10-03-2017, 13:27. Yazar: Xeberaz
Yaralılar həmin anı belə xatırlayır - “Nəfəsim kəsildi...” + Video


Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar.

"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.

Təranə Kərimova (xəsarət alan): ““Kamaz”ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu”.

Aytən Quluzadə (xəsarət alan): “Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram”.

Bəybala Manafov (xəsarət alan): “Başımla sinəmdən xəsarət aldım. Nəfəsim gəlmədi, özümü itirdim”.

Oqtay Əsgərli (xəsarət alan): ““Kamaz” sabit dayanmışdı. Bizdə sürət var idi. Elə də çox xatırlamıram”.

Sumqayıt Dövlət Universitetinin rektoru mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib.

Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.


Geri dön