Ana Sayfa > Karusel / Maraqlı / İbadət > Bayramda qəbir üstünə səməni aparmağın dinlə nə əlaqəsi var?

Bayramda qəbir üstünə səməni aparmağın dinlə nə əlaqəsi var?


9-03-2017, 21:15. Yazar: Xeberaz
Bayramda qəbir üstünə səməni aparmağın dinlə nə əlaqəsi var?


Novruz bayramı ərəfəsində rəhmətə gedən şəxsi ziyarət edənlər özləri ilə səməni aparırlar. Buna görə də bu günlərdə əksər qəbirlərin üstündə səməni görmək olur.

"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, bu, şəxsin yeni və illər əvvəl ölməsindən asılı olamayaraq həyata keçirilir. Kimisi bayramın son günlərində, kimisi isə 3-cü çərşənbədən sonra səməni aparır.
Hətta bayrama 2-3 gün qalmış, əlinə şəkərbura, paxlava, şorqoğalı alıb, ziyarətə gedənlər də var. İnsanlar bununla da ölən yaxınlarını bayramda yad etmiş olduqlarını deyirlər. Bayram sevinclərini bölüşdüklərini düşünürlər.
Səməni də daxil olmaqla qəbir üstünə qoyulan qidaların da dinlə heç bir əlaqəsi yoxdur. İlahiyyatçılar, bunu adət-ənənədən irəli gələn hərəkət kimi xarakterizə edirlər.
Ağa Həcibəyli səməniyə xərclənən pulu, mərmər üzərində xarab olan azuqələri ehtiyacı sahibinə verməyin daha savab oluğunu deyir.


Geri dön