Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Sosial mənzillərlə bağlı YENİLİK - Sabahdan etibarən yeni prosesə start verilir

Sosial mənzillərlə bağlı YENİLİK - Sabahdan etibarən yeni prosesə start verilir


9-03-2017, 21:12. Yazar: Xeberaz
Sosial mənzillərlə bağlı YENİLİK - Sabahdan etibarən yeni prosesə start verilir


Sosial mənzillərlə bağlı vətəndaşların daha ətraflı məlumatlandırılması üçün sabahdan etibarən yeni prosesə start verilir.
"Xəbəraz.az "xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşların məlumatlarındırılması "MİDA" MMC əməkdaşları tərəfindən Bakı şəhərindəki 1, 3 və 5 saylı "ASAN Xidmət" mərkəzlərində həyata keçiriləcək.
"ASAN Xidmət" mərkəzlərinə gələ bilməyənlər, bölgələrdə yaşayan insanların da məlumatlandırılması diqqətdə saxlanılıb.
Hazırda güzəştli mənzil elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. "MİDA" MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə 1 may 2017-ci il tarixindən etibarən "elektron hökumət" portalında çalışacaq "güzəştli mənzil" sistemi 2 pilləli olacaq.
2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək.




Geri dön