Ana Sayfa > Karusel / Hadisə > Şəmkirdə 15 yaşlı sürücü maşını aşırıb, özü və nənəsi ölüb

Şəmkirdə 15 yaşlı sürücü maşını aşırıb, özü və nənəsi ölüb


9-03-2017, 16:30. Yazar: Xeberaz
Şəmkirdə 15 yaşlı sürücü maşını aşırıb, özü və nənəsi ölüb

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb.

“Niva” markalı avtomobilin aşması nəticəsində avtomobili idarə edən 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev və onun nənəsi, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön