Ana Sayfa > Karusel / Hadisə > DSX: Ötən ay dövlət sərhədini pozan 37 nəfər saxlanılıb
DSX: Ötən ay dövlət sərhədini pozan 37 nəfər saxlanılıb9-03-2017, 14:35. Yazar: Xeberaz |
Bu ilin fevralında dövlət sərhədini pozan 37 nəfər saxlanılıb. Onların 11 nəfəri Nigeriya, 10 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Moldova, 2 nəfəri Qana, hər ölkədən 1 nəfər olmaqla, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkmənistan vətəndaşıdır. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya bildirilib ki, sərhəd rejim qaydalarını pozarkən 498 halda 624 nəfər saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 327 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kiloqram 295,3 qram narkotik maddə aşkarlanaraq, götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 246 min 188 manat olan qaçaqmal, o cümlədən 2 ədəd “KİA” markalı avtomobil, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 12 ədəd patron, 1 ədəd elektrokeyləşdirici, 1290000 Rusiya Federasiyası rublu, 26500 Avro, 2000 Azərbaycan manatı, 25 ədəd qədimi xalça, 2 ədəd qayıq, 100 ədəd qarmaq, 2553 metr tor, 3391 qutu pirotexniki vasitə, 12191 qutu siqaret, 61 ədəd mobil telefon, 6787 ədəd müxtəlif növ dərman preparatı, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb. Geri dön |