Ana Sayfa > Karusel / Səhiyyə / Maraqlı > Bu qan qrupu olan kişilərdə cinsi zəifliyinin riski azdır
Bu qan qrupu olan kişilərdə cinsi zəifliyinin riski azdır8-03-2017, 22:05. Yazar: Xeberaz |
Cinsi zəifliyinin əsas səbəbləri arasında qocalma və bəzi xəstəliklərdir, məsələn, piylənmə, diabet var. Lakin son elmi araşdırmalar göstərib ki, qan qrupu da bu pozulmanın inkişafına təsir edir. "Xəbəraz.az "saglamolun.az-a istinadən bildirir ki, bunu Ordu Universiteti (Türkiyə) alimləri aşkar ediblər. Araşdırmada 60 yaşdan çox olan 350 kişi iştirak edib. Araşdırma göstərib ki, II, III və IV-cü qan qrupu olan kişilərdə cinsi zəifliyinə I-ci qan qrupu olan kişilərlə müqayisədə 3-4 dəfə tez-tez təsadüf edilir. Statistikaya görə, kişilərin 44%-i I-ci qan qrupuna aiddir. Ümumiyyətlə son araşdırmalar göstərib ki, qan qrupu insan sağlamlığına ciddi təsir edir. Belə ki, I-ci qan qrupu olanlarda digər qan qrupları ilə müqayisədə ürək-damar sistemi xəstəliklərinə daha az təsadüf edilir. Həmçinin bu qan qrupuna aid olan insanlar daha çox yaşayır. Geri dön |