Ana Sayfa > Karusel / Hadisə / Dünya > Əfqanıstanda terakt - 3 ölü, 54 yaralı

Əfqanıstanda terakt - 3 ölü, 54 yaralı


8-03-2017, 13:05. Yazar: Xeberaz
Əfqanıstanda terakt - 3 ölü, 54 yaralı

Əfqanıstanın paytaxtı Kabilin Vəzir Məhəmməd Əkbər Xan rayonunda, ABŞ səfirliyinin yaxınlığında yerləşən hərbi hospitalın qarşısında partlayış törədilib.
Məlumata görə, partlayışı törədən silahlılar binaya daxil olublar.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 54 nəfər xəsarət alıb.

Terror aktına məsuliyyəti hələ ki, heç bir terror qruplaşması öz üzərinə götürməyib.
Geri dön