Ana Sayfa > Karusel / İdman > Xoşbəxt rəqəm: Robert Prosineçki “5” alacaqmı?

Xoşbəxt rəqəm: Robert Prosineçki “5” alacaqmı?


7-03-2017, 14:24. Yazar: Xeberaz
Xoşbəxt rəqəm: Robert Prosineçki “5” alacaqmı?

Azərbaycan millisi martın 9-da növbəti oyununu keçirəcək. "Xəbəraz.az "Apasport.az saytına istinadən məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə matçına hazırlıq məqsədilə Qətərlə yoxlana oyununda qüvvəsini sınayacaq.

Bu, komandamızın tarixində 228-ci matç olacaq. Belə ki, ilk matçını 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 25 il ərzində 227 oyunda meydana çıxıb. Millimiz indiyədək 42 qələbə qazanıb, 62 dəfə heç-heçə edib.

Hesabında 123 məğlubiyyət olan millimiz bu matçlarda 160 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 384 qoluna məyus olub.

Yığmamız yoldaşlıq oyunları və qeyri-rəsmi beynəlxalq turnirlərində üst-üstə 116-cı sınağına çıxacaq. İndiyədək komandamız 115 belə matçda qüvvəsini sınayıb. Bu müddətdə 30 dəfə qalib gələn futbolçularımız 39 heç-heçə edib və 46 dəfə yenilib. 103 qol sevinci yaşayan yığmamız indiyədək 148-ni buraxıb.

Asiya təmsilçisi ilə matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 17-ci sınağı olacaq. Son iki ilin hərəsində 8 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis 4 qələbə və 6 heç-heçəyə sevinib.

Qətərdə əldə olunacaq uğur yubiley – 5-ci qələbə anlamına gələcək. 6 dəfə məğlubiyyət acısı yaşayan komandamız top fərqində mütəxəssisi məyus edib – 12:21.

Səfər sınağı xorvatiyalının 7-ci yoxlama oyunudu. Əvvəlki 6 matçda 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət yaşayan çalışdırıcının yetirmələri xoşbəxt rəqəmi uğurla qeyd etmək iddiasındadı. Prosineçki bu matçlardakı top fərqinə də üzülüb – 5:10.
Geri dön